Modern.az

“Sən bizim ol, biz də sənin, Aydin!” ®

“Sən bizim ol, biz də sənin, Aydin!”     ®

2 Noyabr 2010, 11:43

Dünənki yağmurdan sonra bü gün hamı səhər tezdən səmaya baxıb havanın yağışlı olmamasını arzulayırdı, əsasən də Bağbanların Təbriz küçəsinin sakinləri. Çünki açıq havada nəzərdə tutulan bugünkü görüşə onların arzuladıqları insan – 37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən Milli Məclis deputatlığına namizəd Aydın Abbasov gəlməli idi. Təbiət də sanki onların arzularını eşidib günəşli hava bəxş etdi. 

Elə görüş də buna uyğun - çox səmimi şəraitdə keçdi və qəlblərin işıgı ilə isidildi. Kimlər gəlməmişdi bu görüşə. Ağbirçək nənələr, ağsaqqal babalar, analar və atalar, qardaşlar və bacılar, gənc oğlan və qızlar, ziyalılar və sadə insanlar, müəllimlər və idmançılar. Hamı da bir ağızla “Aydına səs vermişik və səs verəcəyik” deyirdilər.  

Aydın Abbasov da öz müraciətində çox qisa və lakonik şəkildə bu insanlara minnətdar olduğunu və axralandığını dedi. Qeyd etdi ki, onun bu qisa dövrdə keçirdiyi onlarla görüş, qəbul etdiyi minlərlə Gəncəlilərin ona göstərdiyi etimadın çox ağır yükü və məsuliyyəti var – öz seçicilərinə layiq və sadiq olmaq. Onların arzu və istəklərini həyata keçirmək üçün daima çalışmaq. Bu yüksək məsuliyyəti dərk etmək, seçicilərin, Gəncə əhlinin etimadını doğrultmaq.  

Bunu isə cavabı bir ağsaqqaldan gəldi: “Sən bizim ol, biz də sənin, Aydin”.      

 

 

 

 

 

 

 

 


Seçki qərargahı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi