Modern.az

Tanınmış azərbaycanlı jurnalist Joker hara yoxa çıxıb?

Tanınmış azərbaycanlı jurnalist Joker hara yoxa çıxıb?

Media

2 Noyabr 2010, 13:00

Modern.az Azərbyacan mediasında vaxtilə işləmiş sonradan uzaqlaşan tanınmış imza sahiblərini axtarmaqda davam edir. Bu gün biz rusdilli mətbuatda aparıcı mədəniyyət yazarı olmuş Əjdər Əliyev barədə məlumat verəcəyik.

“Joker” imzası ilə tanınan Əjdər Əliyev hazırda Qazaxstanda yaşayır. Bu ölkədə film çəkilişləri ilə məşğul olan Əjdər artıq bir neçə sənədli film çəkib. Bunlardan biri Atıray vilayətinin yerli mədəniyyət idarəsinin rəisi Boranbay Kamiyevin, vilayətin qubernatoru Rıskaliyev və mədəniyyət üzrə kurator Kaynenovanın dəstək verdiyi “Novruz bayramı haqqında filmi olub.

“Joker” imzası ilə yazan Əjdər 90-cı illərin sonundan etibarən tanınmağa başlayıb. Jurnalist fəaliyyətinə mərhum Elmar Hüseynovun baş redaktor olduğu “Bakinsikiy Bulvar” qəzetində başlayıb. Daha sonra o, “Monitor” və “Bakinskiy Vedomosti” qəzetlərində çalışıb. Bir neçə il “Zerkalo” qəzetinin mədəniyyət şöbəsinin müdiri olub.
“Zerkalo” onun Azərbaycanda işlədiyi sonuncu qəzet olub. Qeyd edək ki, Əjdər Əliyevin həyat yoldaşı milliyətcə qazaxdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı