Modern.az

Dərnəgüldəki "qaçqın bazarı" dağıdıldı

Dərnəgüldəki "qaçqın bazarı" dağıdıldı

16 Oktyabr 2009, 16:57

Oktyabrın 16-da günorta saatlarında Binəqədi rayonu Dərnəgül qəsəbəsindəki "Ramin" şadlıq sarayının qarşısında fəaliyyət göstərən "qaçqın bazarı" dağıdılıb. Bazarda ticarətlə məşğul olan qaçqınlar Modern.az-ın hadisə yerində olan əməkdaşına bildiriblər ki, söküntü əməliyyatına saat 15.00 radələrindən başlanılıb. Binəqədi rayon Polis İdarəsinin xeyli əməkdaşı əraziyə cəlb olunub. Onlatla bazarın sökülməsinin istəməyən qaçqın və məcburi köçkünlər arasında insident də yaşanıb. Əməkdaşımız xəbər verib ki, bazardakı dükan və piştaxtaların sökülməsi iki buldozer vasitəsilə həyata keçirilir. Binəqədi rayon Polis İdarəsinin əməkdaşları bildiriblər ki, bazarın fəaliyyəti qanunsuz olub. İndiyədək onun köçürülməsi üçün satıcılara bir neçə dəfə xəbərdarlıq olunsa da, onlar buranə tərk etmək istəmirdilər. Bazardakı alverçilər əsasən Füzuli, Ağdam, Zəngilan rayonlarından olan məcburi köçkünlərdir. Polislər bildirblər ki, bundan sonra növbə bir qədər aralıdakı tələbə şəhərciyinin qarşısında yerləşən digər "qaçqın bazarı"nındır. Onu da bu gün-sabah sökəcəklər.

Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Füzuli Aslanov Modern.az-a bildirib ki, satıcılara dəfələrlə bazarın yığışdırılması barədə xəbərdarlıq edilib: ”Ancaq buranı tərk etmirdilər. Qeyri-qanuni yolla binaların qarçısında ticarətlə məşğul olurlar. Burda alver edənlərə Binəqədi qəsəbəsindəki bazarında yer verilib. Ancaq getmək istəmirlər”. Yazınlaqdakı yaşayış b

inasının 1-ci mərtəbəsində yaşayan Fəxrəddin adlı sakin isı bildirdi ki, məhz onların şikayətindən sonra bazar yığışdırıldı: “1992-ci ildən burda qaçqınlar ticarətlə məşğul olur. Biz burda yaşaya bilmirik. İndiyə kimi nəfəs ala bilməmişik. Balkonun qarşısında piştaxda yerləşdirib ticarət edirlər, amma bizi düşünmürlər”.

Ticarətlə məşğul olan qaçqınlar isə bildirdilər ki, onlara Binəqədi qəsəbəsindəki bazarda verilən yerlərin icarə haqqı çox bahadır: “Bizim üçün bura əlverişlidir. Orada yerpulunun hər gün üçün 16 manat olduğunu deyirlər. Biz günə heç 10 manatı güclə qazanırıq. O qədər icarəpulunu hardan alaq?” Günay MUSAYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir