Modern.az

Bütün Rusiya polisinin axtardığı cinayətkar ölü tapıldı - FOTO

Bütün Rusiya polisinin axtardığı cinayətkar ölü tapıldı - FOTO

24 Oktyabr 2015, 10:50

Rusiyanın Krasnoqorsk rayonunda 4 nəfəri, o cümlədən rayon başçısının müavinini güllələyən biznesmen Amiran Georqadzenin cəsədi aşkar olunub. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, biznesmenin cəsədi rayonun Timoşkino kəndi yaxınlığındakı meşə massivində yerləşən kiçik evdə tapılıb. İlkin ehtimalara görə o, evin pəncərələrini qıraraq içəri daxil olub və divanda əyləşərək bir neçə saatlıq yuxuya gedib. Sonradan ayılan Georqadze qısa tərəddüdən sonra “Makarov” tipli tapança ilə başına atəş açıb.

Hüquq-mühafizə orqanları onun üzərindən güllələr, pul və Rusiya pasportu aşkar ediblər.

Faktla bağlı Rusiya polisi aşardırmalarını davam etdirir.


Vüqar İsmayılov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir