Modern.az

Atatürkün restoranı fəaliyyətini bərpa etdi

Atatürkün restoranı fəaliyyətini bərpa etdi

24 Oktyabr 2015, 17:28


1930-cu ilin əvvəllərində Rusiyadan qaçan 3 mühacir tərəfindən İstanbulda yaradılan “Rejans” restoranı yenidən faəliyyətini bərpa edəcək. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, rus mətbəxinin yemək, salat və içkilərini yerli əhaliyə təqdim edən restoranın bərpası ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Çünki vaxtilə Türkiyənin lideri Mustafa Kamal Atatrükün ən çox sevdiyi və xüsusi masası olan restoran özünün fərqliliyinə görə hər zaman seçilib.
Bərpadan sonra da “Rejans”da rus mətbəxinin yeməkləri, şirniyyatlarını müştərilərə təqdim ediləcək. Pəncərənin kənarındakı bir masa isə hər zaman boş qalacaq. Çünki o, masa böyük Atatürkün masası olduğundan üzərində diam liderin sevdiyi içki və yeməklər olmaq şərtiylə boş saxlanılacaq.

 

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı