Modern.az

Suriyada terrorçuların 800-dən çox obyekti məhv edilib

Suriyada terrorçuların 800-dən çox obyekti məhv edilib

24 Oktyabr 2015, 21:51

 

Rusiya təyyarələri Suriyada əməliyyatlara başladığı müddət ərzində 934 hərbi uçuş edib.

Modern.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.  

 Qonşu ölkə aviasiyası Suriyada terrorçulara məxsus 800-dən artıq obyekti məhv edib.

Məlumata görə, təkcə ötən həftə ərzində Rusiya terrorçuların onlarla komanda məntəqəsini, həmçinin səhra düşərgəsini bombalayıb.

Rusiya sentyabrın 30-da Suriya prezidenti Bəşər Əsədin xahişi ilə bir sıra ölkələrdə fəaliyyəti qadağan olunan “İraq-Şam İslam Dövləti” terror qruplaşmasına havadan hərbi əməliyyatlara başlayıb.   

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir