Modern.az

“Moskva “Azad Suriya Ordusu”na kömək etməyə hazırdır”-BƏYANAT

“Moskva “Azad Suriya Ordusu”na kömək etməyə hazırdır”-BƏYANAT

Dünya

25 Oktyabr 2015, 00:43

“Moskva “Azad Suriya Ordusu”na kömək etməyə hazırdır”- belə bəyanatla Rusiya XİN rəhbəri Sergey Lavrov çıxış edib. O bildirib ki,  Moskvanın Suriyada İŞİD-ə qarşı vuruşan “Azad Suriya Ordusu” müxalifət qruplaşmasına havadan dəstək verməyə hazırdır.

Modern.az bildirir ki,  Sergey Lavrov “Vesti v subbotu” televiziya verilişində  Rusiyanın Suriyada bütün siyasi qüvvələr ilə təmas quran yeganə ölkə olduğunu deyib:  “Biz konkret olaraq tək Bəşər Əsədin və ya tək müxalifətin maraqlarını  nəzərə almaq istəmirik. Biz, bütövlükdə, Suriyanın maraqlarını nəzərə almaq istəyirik. Suriya üçün dinc şəraitin yaradılması, müharibənin tezliklə başa çatması, terrorçuların Dəməşqdə və yaxud ölkənin hər-hansı  hissəsində hakimiyyəti ələ ala bilməməsi vacibdir”.     

Bu arada  Rusiya XİN rəhbəri misirli həmkarı Sameh Şükri ilə Suriya münaqişəsinin  nizamlanmasında əməkdaşlığa dair razılıq əldə edib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı