Modern.az

Zəlzələdə ölənlərin sayı 263-ə çatdı - Fotolar

Zəlzələdə ölənlərin sayı 263-ə çatdı - Fotolar

26 Oktyabr 2015, 23:24

Pakistan və Əfqanıstanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 263-ə çatıb. Modenr.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ilk saatlarda ölü sayı 183 nəfər qeyd edilsə də, hər saat həlak onların sayı artır. Pakistan höküməti dağıntılar altında hələ də xeyli sayda insanın olduğunu bildirib. Yaralıların sayı 600- ü ötüb  

Əfanıstanın Taxar bölgəsindəki qızlar məktəbində zəlzələ zamanı basabas yaranıb. 12 tələbə həlak olub və 25 məktəbli xəsarət alıb. 

7,5 bal gücündə baş verən zəlzələnin episentri Əfqanıstanın Curm şəhərindən 45 km cənub-qərbdə, 212,5 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Pakistan, Hindistan, Qırğızıstan, Tacikistan, Azərbaycan və Qazaxıstanda da hiss olunub.

 

 


 Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir