Modern.az

“Rafiq Məmmədhəsənov, sizə sonuncu müraciətimi edirəm...”

“Rafiq Məmmədhəsənov, sizə sonuncu müraciətimi edirəm...”

4 Noyabr 2010, 13:36

104 saylı Gədəbəy -Tovuz seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış, hazırda bu dairədən millət vəkili olan Nazim Məmmədov alternativi Rafiq Məmmədhəsənova müraciət ünvanlayıb. Modern.az –a daxil olan müraciətdə deputatlığa namizəd bildirir ki, bu onun rəqibinə etdyi sonuncu müraciətidir.

 “Seçkiyə start veriləndən bəri mənim əlimdə dəfələrlə tutarlı faktlar olub ki, rəsmi şəkildə sizin namizədliyinizin ləğv edilməsi üçün məsələ qaldırım”-deyə həmkarına müraciət edən N.Məmmədov bildidb ki, bura  verilmiş imzalarla bağlı olan qanunsuzluqlar, imzatoplama kanpaniyasında insanlara edilmiş təzyiqlər, ümümilikdə rəqibinin seçki  kanpaniyasını qanuna uyğun aparmaması, təşviqat-təbliğat kampaniyasına dair qanunsuz faktlar daxildir.

“Eyni zamanda səlahiyyəti olmayan şəxslərin, ayrı-ayrı icra qurumlarda işləyən şəxslərin sizin kanpaniyada iştrak etməsi və inzibati resurslardan məcburi istifadə, seçiciləri ələ almaq üçün dərman pereparatlarının onlara paylanılması, kifayət qədər əlimizdə əsasların olması imkan verir ki, sizin namizədliyinizi ləğv elətdirim”-deyə N.Məmmədov vurğulayıb.

Namizəd bildirir ki, sadəcə özü də Yeni Azərbaycan Partiyasının üzvüdür və hesab edir ki, partiyadaşı olan rəqibinin namizədliyinin ləğvini tələb etməsi YAP-ın ziyanına olan bir məsələ olardı: “Ona görə də bu məsələni qaldırmamışam. Çünki sizin belə bir hərəkətiniz YAP-ın, indiki iqtidarın demokratiya sahəsində apardığı islahatlara kölgə salır. Rafiq Məmmədhəsənov, sizə sonuncu dəfə səslənirəm ki, kimin özünə vəkil seçməsi ulu Tanrıdan hər bir insana  verilən bir haqqdır və vəkilin də bu haqqı qorumağı ulu Tanrının ona verdiyi borc və vəzifədir. Hər bir vəkil ona verilən səsi borcudu ki, qorusun və saxlasın. Mən bir daha Rafiq Məmmədhəsənova xatırlatmaq istəyirəm ki, bu vəzifə, borc həm də Azərbaycan Respublikasının Konstitutsiyasında təsbit olunub. Məmmədhəsənov çox yaxşı bilir ki, siyahı ilə deputat təyin olunmur, bunu seçicilər həll edir. Mən sizinlə sonacan mübarizə aparacağam və seçicilərin  mənə verdiyi səsləri qoruyacağam. Bir daha bildirirəm ki, əgər seçkilərin saxtalaşdırılması R.Məmmədhəsənovun xeyrinə davam etsə, mən əlimdəki tutarlı faktlarla R.Məmmədhəsənovun deputatlığa namizədliyin ləğv etdirəcəyəm”.  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?