Modern.az

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi: "Yol polisinin görünməyən yerlərdə dayanması qanunaziddir"

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi: "Yol polisinin görünməyən yerlərdə dayanması qanunaziddir"

Dünya

4 Noyabr 2010, 14:06

Bakı şəhərində yol polislərinin işi bardə heç vaxt birmənalı fikirlər səsləndirilmir. Bəzi sürücülər yol kənarlarında avtomobilin sürətini ölçən cihazların (radar) gizli yerlərdə yerləşdirilməsindən, evakuatorların tətbiqi zamanı yolların kənarında dayanan avtomobillərə ayrı-seçkilik qoyulmasından narazılıq edirlər. Onlar eyni zamanda deyirlər ki, bir çox hallarda yol polisi lazımi yerlərdə - məsələn, qaydaların daha çox pozulduğu yol ayrıclarında, tıxacların yarandığı yerlərdə gözə dəymirlər. Sürücülərin sözlərinə görə, bəzən polislər ehtiyac duyulmayan yerlərdə, o cümlədən döngələrdə elə dayanırlar ki, sürücülərin diqqətini cəlb etməsinlər. Bunun məqsədi onların şəxsi maraqlarını güdmələri ilə izah olunur və rüşvətxorluqda ittiham edilir.

Bəs yol polisləri yollarda necə dayanmalıdırlar, onlar istədikləri yerdə mövqe seçə bilərlərmi? Yol polisləri xidmət zamanı ağacın, kolun, avtomobillərin arxasında gizlənə bilərlərmi?

Modern.az bu suallarla Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis kapitanı Cəmşid Hənifəyevə müraciət edib.

C.Hənifəyev əməkdaşımızla söhbətdə deyib ki, yol polisləri qabaqcadan müəyyən olunmuş yerlərdə dayanmalıdırlar.
“Bu, rəhbərlik tərəfindən müəyyənləşdirilir”-deyə C.Hənifəyev bildirib.

O, qeyd edib ki, yol polislərinin görünməyən yerlərdə dayanaraq işləmələri qanuna ziddir və bu barədə məlumatı olanlar mütləq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məlumat versiblər. “Bizə belə məlumat daxil olarsa, onun barəsində ölçü götürüləcək”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir