Modern.az

Deputat deputata: “O adam bilsin ki, sona qədər mübarizə aparacağam”

Deputat deputata: “O adam bilsin ki, sona qədər mübarizə aparacağam”

4 Noyabr 2010, 17:44

104 saylı Gədəbəy -Tovuz seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış, hazırda bu dairədən millət vəkili olan Nazim Məmmədov alternativi olan deputat Rafiq Məmmədhəsənova müraciət ünvanlayıb.

Modern.az –a daxil olan müraciətdə deputatlığa namizəd bildirir ki, bu onun rəqibinə etdyi sonuncu müraciətidir.
Nazim Məmmədov müraciətində bildirib ki, seçkiyə start veriləndən bəri onun əlində dəfələrlə tutarlı faktlar olub ki, rəsmi şəkildə R.Məmmədhəsənovun namizədliyini ləğv etdirsin. Bundan başqa, o, alternativinin İctimai Televiziyadakı çıxışından sonra seçicilərlə görüşə gəlmədiyini də bildirib.

Rafiq Məmmədhəsənov isə Modern.az saytına açıqlamasında opponenti Nazim Məmmədovun onun barəsində söylədiklərinə cavab verib: “Bu adam kimdir, bilmirəm. Adam buq qədər yalan danışmaz. Nə tutarlı fakt...? Bu adam mənim barəmdə “qara piar” aparmaqla məşğuldur. Mən hazırda İnəkboğan  kəndində görüşdəyəm. Kim deyir, namizədliyimi geri götürəcəyəm..? Hamı bilsin ki, sona qədər gedəcəyəm və seçkidə qələbə qazanacağam. Bu, kimisə narahat edirsə, onun öz problemidir”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı