Modern.az

Almaniyada 102 sakini olan kəndə 750 müsəlman miqrant köçürüləcək

Almaniyada 102 sakini olan kəndə 750 müsəlman miqrant köçürüləcək

Dünya

1 Noyabr 2015, 10:58



Almaniyanın şərqində yerləşən kiçik Sumte şəhərciyi qısa müddətdə miqrantların mərkəzinə çevriləcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 102 nəfər sakini olan kəndə 750 nəfər müsəlman miqrant köçürüləcək. Şəhərciyin meri Kristian Fabel bu barədə hökumətin qərarını elektron poçt vasitəsilə aldığı zaman xəbərə inanmayıb.

“Tərcid olunmuş kiçik kəndin sakinlərindən 10 dəfə çox sayda miqrant qəbulunu tələb etmək inanılmazdır”- deyə Fabel deyib.

Lakin ötən həftədən başlayaraq miqrantlarla dolu avtobuslar Sumte şəhəriciyinin ərazisinə daxil olublar. Əsasən Suriyadan olan miqrantlar ərazidəki boş ev və ofislərdə yerləşdirilməyə başlanılıb. Şəhərcik sakinləri miqrantların çoxluğundan narahat olublar və kansler Angela Merkeli ititham ediblər.

Hər gün orta hesabla 10 min miqrant qəbul edən Almaniya mühacirlər üçün əsas marşrutlardan biridir. Ölkə ilin 9 ayında 600 min, ilin sonuna qədər isə daha 200 min miqrant qəbul etmək niyyətindədir. Kansler Angela Merkel miqrantların ölkəyə axının qarşısını almayacağını deyib.    

Vüqar İsmayılov
   
Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?