Modern.az

Dünyanın ən yaxşı həyat tərzi olan ölkələrinin yeni siyahısı açıqlandı: Azərbaycan 67-cidir

Dünyanın ən yaxşı həyat tərzi olan ölkələrinin yeni siyahısı açıqlandı: Azərbaycan 67-cidir

Ölkə

5 Noyabr 2010, 16:24

Moden.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, BMT –nin inkişaf praqramı Yeni Humanitar İnkişaf indeksininə əsasən, dünyanın ən yaxşı həyat tərzi olan ölkələrin siyahısını acıqlayıb. Sorğu 169 ölkə arasında aparılıb.  
Hesabatda ölkələrin cox yüksək, yüksək, orta və aşağı hümanitar inkişafı əsas götürülüb. Siyahını müəyyənləşdirən ünsürlər isə təhsil, sağlamlıq, aylıq gəlir və mikroekonomik dəyərlər olub.  
Hesabatın nəticələrinə görə, Norvec 169 ölkə arasından birinci olub. İkinci yerdə Avstrya, üçüncü yerdə isə Yeni Zellandiya qərarlaşıb.
Zimbabye, Konqo Demokratik Respublikası və Nigeriya sonuncu üç yeri tuta bilib.  

Azərbaycan isə bu siyahıda 67 –ci yerdə qərlaşıb. Türkiyə isə bu siyahıda 83 –cü ola bilib. Rusiya 65 –ci, Estoniya 34-cü, Litva 44-cü, Latviya 48-ci, Belarus 61-ci, Qazaxıstan 66-cı, Ukrayna 48-ci, Ermənistan  76-cı, Gürcüstan 74 –cü yerləri tutub.   Hasabatın son nəticələrinə görə isə ölkələrin indiki vəziyyəti ilə müqayisədə 1970 –ci illərdə insanlar daha sağlam, daha varlı və daha savadlı idi. Hesabatda varlı və kasıb ölkələr arasında ciddi fərqlərin olduğu da qeyd olunub.      

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir