Modern.az

Con Kerri Özbəkistana gəldi

Con Kerri Özbəkistana gəldi

1 Noyabr 2015, 14:07



ABŞ-ın dövlət katibi Con Kerri Mərkəzi Asiyaya səfəri çərçivəsində Özbəkistana gəlib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kerri Səmərqənddə prezident İslam Kərimovla görüşüb.

  Regionda Özbəkistanın çox əhəmiyyətli tərəfdaş olduğunu deyən amerikalı diplomat Əfqanıstanda İraq-Şam İslam Dövləti (İŞİD) və “Əl-Qaidə” qruplaşmalarının fəallığının artmasının narahatverici olduğunu deyib.  

2006-cı ildə Əndicanda yüzlərlə insanın ölümündən sonra Con Kerri Özbəkistana səfər edən ən yüksək ranqlı Qərb diplomatıdır.    

Vüqar İsmayılov      
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir