Modern.az

Ərdoğan parlament seçkilərində səs verdi

Ərdoğan parlament seçkilərində səs verdi

Dünya

1 Noyabr 2015, 14:28



Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan növbədənkənar parlament seçkilərində səs verib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, İstanbulun Üsküdar səmtindəki Saffet Çəbi ibtidai məktəbində səsvermə hüququndan istifadə edib.

  “Bu gün 54 milyon vətəndaşımız səsverməyə gedir. İyunun 7-də keçirilən seçkilərdən nəticə hasil olmadığı üçün rahat formalaşacaq hökumət qurmaq yeni seçkiyə qaldı. Milli iradənin ortaya qoyulacağı seçkilərin nəticəsinə hamımız hörmət edəcəyik”, - Ərdoğan deyib.  

Bundan öncə, Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Demirtaş və baş nazir, hakim Ədalət və İnkişaf  Partiyasının (AKP) sədri Əhməd Davudoğlu da səs veriblər.    

Vüqar İsmayılov
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!