Modern.az

MSK-ya müraciətdən sonra 35 nəfər deputatlığa namizəd kimi qeydə alınıb

MSK-ya müraciətdən sonra 35 nəfər deputatlığa namizəd kimi qeydə alınıb

5 Noyabr 2010, 17:05

Modern.az xəbər verir ki, oktyabr ayı ərzində Mərkəzi Seçki Komissiyasına onun səlahiyyətlərinə aid 239 müraciət daxil olub. Bu müraciətlərdən 172-si bilavasitə namizədliyin qeydiyyatı ilə əlaqədar olub.  4 halda müraciət edən tərəf müraciəti geri götürüb. Qalan 168 müraciətə baxılarkən, onlardan 131 halda müvafiq dairə seçki komissiyasının qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılıb, 35 halda müraciət təmin edilib və bunun nəticəsində 35 namizəd MSK tərəfindən qeydə alınıb, 1 müraciət əsasında DSK-nın qeydə aldığı namizədin qeydiyyatı ləğv edilib. 1 halda namizədin qeydiyyatının ləğvi tələbi ilə bağlı digər bir namizəd tərəfindən daxil olmuş müraciət təmin edilməyib.  
O cümlədən, Bakı Apelyasiya Məhkəməsinin qərarı əsasında 5 və Ali Məhkəmənin qərarı əsasında isə 2 müraciətə yenidən baxılması Mərkəzi Seçki Komissiyasına həvalə edilib və bu müraciətlərin 7-si də namizədin xeyrinə müsbət həll edilib.

49 halda müraciət əsassız olduğundan təmin edilməyib, 11 halda  mübahisə predmeti aradan qalxdığından və ya öz həllini tapdığından müraciətə xitam verilib, 6 halda müraciət müddətin ötürülməsi ilə daxil olduğundan geri qaytarılıb, 1 halda isə namizədliyin geri götürülməsi ilə bağlı dairə seçki komissiyasının qərarı ləğv edilib və vətəndaşın namizədliyi təkrar bərpa olunub.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı