Modern.az

Seçki günü 690 nəfər deputatlığa namizədi 46 569 müşahidəçi izləyəcək....

Seçki günü 690 nəfər deputatlığa namizədi 46 569 müşahidəçi izləyəcək....

5 Noyabr 2010, 19:58

Noyabrın 7-də 48 ölkədən olan vətəndaşlar məntəqələri gəzəcək

Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün bu günədək ümumilikdə 46569 yerli müşahidəçi qeydiyyatdan keçirilib. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçən 1705 yerli müşahidəçidən 102 nəfər siyasi partiyalar, 560 nəfər qeyri-hökumət təşkilatları, 3 nəfər qeydə alınmış namizədlərin təşəbbüsü əsasında, digərləri isə öz təşəbbüsü ilə seçkilərə qatılıb. Yerli müşahidəçilərin digər bir qrupu isə müəyyən seçki dairəsi hüdudları daxilində müşahidə aparmaq üçün müvafiq DSK tərəfindən akkreditə olunub. Bu qəbildən olan müşahidəçilərin sayı 43153-dür ki, bunlardan da 8177 nəfəri siyasi partiyaları, 5372 nəfəri qeyri-hökumət təşkilatlarını təmsil edir və 29604 müşahidəçi isə öz təşəbbüsü ilə müşahidə aparır.

MSK tərəfindən bu günədək akkreditə olunmuş 1026 beynəlxalq müşahidəçi 19 beynəlxalq (xarici) qurumu təmsil edir ki, buraya da Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı Şurası, Avropa İttifaqının Bakı üzrə nümayəndəliyi, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, GUAM, ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya və Belçika səfirlilikləri, eyni zamanda Avropa Seçki Müşahidə Akademiyası  daxildir. Beynəlxalq müşahidəçilər 48 ölkə vətəndaşlarıdırlar.

Həm yerli, həm də beynəlxalq müşahidəçilər müvafiq lövhəcik və müşahidəçilər üçün, habelə seçki günü üçün yaddaş kitabçaları ilə təmin olunub. Beynəlxalq müşahidəçilər həmçinin ingilis dilində Seçki Məcəlləsi, ingilis və ya rus dilində nəşr olunmuş “Müşahidəçilər üçün yaddaş” kitabçası, Azərbaycan haqqında məlumat diski, ölkənin xəritəsi və digər lazımi materiallarla təmin olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?