Modern.az

Türkiyədə qadın deputatların sayı azaldı

Türkiyədə qadın deputatların sayı azaldı

2 Noyabr 2015, 10:25


İyun 7-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçirilən seçkilərdə qalib gələn qadın millət vəkillərinin sayı rekord həddə çatmışdı.

Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, o zaman 97 qadın millət vəkili seçilmişdi.   Noyabrın 1-də keçirilən təkrar seçkilərdə isə mandat əldə edən qadınların sayı aşağı düşüb. Bu dəfə TBMM-ə düşən qadın millət vəkillərinin sayı 82 nəfər olub.  

Bu seçkidə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) məclisə 33 qadın mandat əldə edərkən, Cümhuriyyət Xalq Partiyasında (CHP) bu göstərici 22 olub. Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili seçilən qadınların sayı 24-dür. Milliyyətçi Hərəkat Partiyası (MHP) isə TBMM-də ancaq 3 qadın vəkillə təmsil olunacaq.

Beləliklə, noyabrın 1-də mandat əldə edən qadınların sayı 550 üzvü olan TBMM-də 15 faiz təşkil edəcək. İyunun 7-də keçirilən seçkilərdə AKP-dən 41, HDP-dən 31, CHP-dən 22, MHP-dən 4 qadın deputat mandatı qazana bilmişdi.    

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir