Modern.az

Sinan Oğan getdi, MHP İqdırda bitdi

Sinan Oğan getdi, MHP İqdırda  bitdi

2 Noyabr 2015, 14:04


2011-ci ildə parlament seçkilərinə Sinan Oğanla gedən Milliyyətçi Hərəkat Partiyası (MHP) İqdırda qalib gəlməklə 34 faiz səs almışdı. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, Sinan Oğanın namizəd olmadığı 7 iyun seçkilərində isə İqdırda səsi 26 faizə düşən MHP 1 noyabr seçkilərində harada isə yox deyiləcək qədər (12 faiz) səs qazanıb.

Adı MHP içərisində Dövlət Bağçalıya rəqib kimi hallandırılan Sinan Oğanın seçki bölgələrində partiya səs itkisini davam etdirib.

Milliyyətçi Hərəkat Partiyası keçmiş  millət vəkili Sinan Oğanı bu yaxınlarda  partiyadan çıxarıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir