Modern.az

Vaqif Səmədoğlu: "...gözləyirdim debata onlar çıxacaq, heyf ki, olmadı..."

Vaqif Səmədoğlu: "...gözləyirdim debata onlar çıxacaq, heyf ki, olmadı..."

Ölkə

5 Noyabr 2010, 21:13

Xalq şairi Vaqif Səmədoğlu seçki prosesindən o qədər də razı qalmayıb. 2010-cu il parlament seçiklərinə qatılmayan dəyərli ziyalı «Şərq»ə açıqlamasında seçki prosesini kənardan izlədiyini deib:
- Debatlara nadir hallarda baxırdım. Amma mən gözləyirdim ki, efirə Akif Aşırlı çıxacaq, Elçin Şıxlı çıxacaq... Bunlar olmadı. Qazax «Əli aşından da oldu, Vəli aşından da». Seçki prosesinə münasibətim ikilidir. Bütün Azərbaycan cəmiyyətinin durumu, istər siyasi, istər iqtisadi, sosial durumu necə təsir bağışlayırsa, bu seçki də elə təsir bağışlayır. Həm yaxşı tərəfi var, həm pis. Bütün həyatımız, ailələr, qəsəbələr, kəndlər, paytaxt necədirsə, seçki də elədir. Bu debatlar əslində, cəmiyyətin güzgüsü idi.
Xalq şairi hazırda Yasamal rayonunda qeydiyyatda olduğu ərazi üzrə seçki dairəsinə gedib səsvermədə iştirak edəcəyini deyib:
- Səsverməyə mütləq gedəcəyəm.  Bəzən deyirlər saxtakarlıq olur və s. Saxtakarlıq bülletenlər boş qalanda edilir. Ona görə də hər kəs səsvermə hüququndan istifadə etsə yaxşıdır.

    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir