Modern.az

Kılıçdaroğlunun kəndində HDP 1-ci oldu

Kılıçdaroğlunun kəndində HDP 1-ci oldu

2 Noyabr 2015, 17:16



Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlunun doğum yeri olan Tuncelinin Nezmiye mahalındakı Ballıca kəndində 39 səs qazanan kürdlərin Xalqların Demokratik Partiyası ( HDP) birinci olub, CHP-yə isə 11 səs verilib.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, 57 seçicisi olan Kılıçdaroğlunun Nəzmiyə mahalındakı Ballıca kəndində 50 adam səs verib. Tək qutunun qurulduğu kənddə HDP-yə 39, CHP-yə 11 nəfər səs verib.

Ballıca kəndinin muxtarı Mehmet Çetin demokratik bir seçki olduğunu xatırladaraq deyib: “Xalq bu şəkildə iradə göstərdi və səslərini ı bu istiqamətdə istifadə ediblər. Hörmət edirik”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu