Modern.az

Prezident, baş nazir və spiker səslərini istədikləri namizədə verdilər... (fotolar)

Prezident, baş nazir və spiker səslərini istədikləri namizədə verdilər... (fotolar)

Ölkə

7 Noyabr 2010, 11:07

Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə keçirilən seçkilərdə səs verib. Dövlət başçısı ailə üzvləri ilə birlikdə 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.

Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə də noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə səs verib. Azərbaycan hökumətinin başçısı səhər saatlarında Bakı şəhərinin 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsinə xanımı ilə gələrək səs verib.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov da noyabrın 7-də 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində səs verib.

 

 

 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır