Modern.az

Qərb mətbuatı Rusiyanın NATO-dan 4 üstünlüyündən yazdı

Qərb mətbuatı Rusiyanın NATO-dan 4 üstünlüyündən yazdı

Dünya

6 Noyabr 2015, 11:08


ABŞ-ın nüfuzlu “Haffington Post” qəzeti Rusiyanın NATO qarşısında daha güclü və çevrik hərbi qüvvəyə malik olmasını 4 arqumentlə əsaslandırıb.

Modern.az qəzetə istinadən xəbər verir ki, analitiklər həmin arqumentləri uzun araşdırmalardan sonra ortaya qoyublar.  

1. Rusiya NATO-dan fərqli olaraq qəfil hərbi təlimlər keçirmək, ölkənin istənilən yerindəki hərbi heyəti operativ səfərbər etmək gücünə malikdir. NATO-ya isə belə təlimlər keçirmək üçün illərlə hazırlıq lazımdır.  

2. Rusiya NATO-nun gözləmədiyi halda, yeni texniki imkanlara sahib olub. Məsələn, Xəzər dənizindən İŞİD mövqelərinə vurulan zərbələr “Kalibr” tipli rakletlərlə endirilmişdi. Şimali Atlantika Blokunun taktiki qüvvələrinin komandanı Hans-Lotar Domreze belə raketlərin Aralıq dənizindən Berlinə təhlükə törətdiyinideyib.    

3. Domreze, həmçinin NATO-nun bəzi regionlarda, xüsusən Qara dəniz hövzəsində Rusiyanın hərbi potensialına qarşılıq verə bilmədiyini deyib.  

4. Digər tərəfdən 28 ölkənin birləşdiyi NATO ayrı-ayrı üzv ölkələrin konfliktinə görə vahid strategiya qura bilmir. Halbuki, Rusiya qoşunları öz intizamı və vahid orqanizm kimi idarə olunmasına görə heç bir sıxıntı çəkmir.    

Vüqar İsmayılov        

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi