Modern.az

Türkiyədə terrora hazırlaşan 20 İŞİD-çi tutuldu

Türkiyədə terrora hazırlaşan 20 İŞİD-çi tutuldu

6 Noyabr 2015, 12:11


Türkiyə polisi Antalyada “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə əlaqəli olan 20 nəfəri həbs edib.

Modern.az Türkiyənin “Doğan” agentliyinə istinadən xəbər verir ki, əməliyyat səhər saatlarında baş tutub.

Onların “G20” sammitini partlatmaq niyyətində olduğu deyilir.

“G20” zirvəsi noyabrın 15-16-da Bələk şəhərində keçiriləcək. Sammitlə bağlı 5 kvadrat kilometrlik ərazi təhlükəsizlik məqsədi ilə bağlanacaq.    

Vüqar İsmayılov 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır