“Ermənistan BMT qətnamələrini dərhal icra etməlidir”. Bu sözləri “Türksoy” – Türk dövlətləri mədəniyyət nazirlərinin növbəti toplantısında iştirak etmək üçün Bakıya gəlmiş Quzey Kıbrıs Türk Cümhuriyyətinin mədəniyyət və turizm naziri Həmzə Ersan Saner Modern.az-a açıqlamasında bildirib.
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması təhlükəsinə münasibət bildirən nazir qeyd edib ki, onlar bütün məsələlərə beynəlxalq hüqüq prizmasından yanaşırlar: “Məlumdur ki, Azərbaycan torpaqlarının heç bir şərt qoymadan işğaldan azad edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının qətnamələri var. Öncə bu qərarlar dərhal yerinə yetirilməlidir. Sonra başqa məsələlər gündəmə bilər”.