Modern.az

Pentaqondan şok AÇIQLAMA: Rusiya nüvə silahı tətbiq etməyə hazırlaşır

Pentaqondan  şok AÇIQLAMA: Rusiya nüvə silahı tətbiq etməyə hazırlaşır

7 Noyabr 2015, 15:11


Rusiya prezidenti Vladimir Putin özünün Təhlükəsizlik Şurasına tapşırıb ki, müdafiə təyinatlı nüvə silahı işləyib hazırlasın.   Virtualaz.org saytı xəbər verir ki, bu bəyanatla ABŞ Müdafiə Nazirliyinin bir neçə gün əvvəl vəzifəsindən ayrılan yüksək vəzifəli əməkdaşı, müdafiə nazirinin müşaviri Evelin Farkas hərbi mövzuda ixtisaslaşmış amerikalı jurnalistlərlə işgüzar nahar zamanı çıxış edib.

Xəbər verdiyimiz kimi, Evelin Farkas bu ilin avqustunda Bakıda səfərdə olub. Səfərdən qayıdandan az sonra istefaya çıxdığını elan edib.

Evelin Farkas Pentaqonda Rusiya və Avrasiya regionu ölkələri üzrə kurator idi. O, Moskvaya qarşı sərt addımların qatı tərəfdarı kimi çıxış edib və bu məsələdə müdafiə naziri ilə aralarında ziddiyyətlər yaranıb.

Evelin Farkasın Bakıya səfəri mümkün Rusiya təhdidinə qarşı Azərbaycana ABŞ hərbi yardımının göstərilməsi məsələlərinin müzakirəsi ilə əlaqəli idi.   Keçmiş Pentaqon rəsmisi deyib ki, Putin “sürətli sülhə” nail olmaq üçün nüvə silahından istifadəni ciddi nəzərdən keçirir. Onun sözlərinə görə, NATO, ABŞ və Rusiyanın iştirakı ilə baş verə biləcək müharibə bəşəriyyətin sonunu gətirməsə belə dünya üçün olduqca fəlakətli olar və insanlığın gələcək firavan yaşayışını təhdid edərdi.

Evelin Farkasın fikirlərindən sitat gətirən  “ValueWalk” portalı qeyd edir ki, Rusiya Sovet İttifaqı ilə müqayisdə nüvə silahı ilə daha təhlükəli davranır. “Biz dayanıb gözləməli deyilik. Rusiyanı bu addımdan çəkindirəcək addımlar atmalıyıq”- E.Farkas deyib.

Keçmiş Pentaqon rəsmisi bildirib ki, Rusiya ilə ABŞ-ın “soyuq müharibə” erasına qayıtdığı haqda fikirlər düzgün deyil. Çünki Rusiya Sovet İttifaqı deyil, onun iqtisadiyyatı zəifdir və siyasi vəziyyəti “kövrəkdir”. Bununla belə bu, o demək deyil ki, Rusiya təhlükə təşkil etmir.

Evelin Farkas bildirib ki, Sovet İttifaqı ilə müqayisədə Rusiya daha az əraziyə malikdir, ancaq hərbi baxımdan daha mürəkkəb texnologiyalara sahiblənib.

“Onlar hətta kibermüharibə aparıb öz sələflərini xeyli qabaqlayırlar”- Farkas belə deyib.

Keçmiş Pentaqon vəzifəlisinin fikrincə, bugünkü Rusiya Leonid Brejnevin Politbürosuna nisbətən daha təhlükəli və proqnozlaşdırılmayandır.

Onun sözlərinə görə, “soyuq müharibə” dövründə SSRİ ilə ABŞ arasında münasibətlər daha “sağlam” idi və qarşılıqlı hörmət əsasında qurulmuşdu. Tərəflər nüvə silahından istifadə ilə hədələmənin hansı nəticələrə səbəb olacağını anlayırdılar. Bu silahı ən son vasitə kimi nəzərdən keçirirdilər. Lakin Putin Rusiyasının paradoksal hərbi doktrinasından belə çıxır ki, Moskva “sülhü daha tez yaxınlaşdırmaq üçün” nüvə silahından istifadə etməyə hazırdır.  

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley də Rusiyanın nüvə silahından istifadə riskinin yüksək olduğunu deyib.

General bildirib ki, Rusiya hazırda ABŞ-ı məhv edə biləcək nüvə potensialına sahib yeganə ölkədir. Mark Milley Rusiyanın siyasətinin “aqressiv” olduğunu və Birləşmiş Ştatların maraqlarını təhdid etdiyini deyib. General xəbərdarlıq edib ki, Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda etdiyi hərəkətlər Moskvanın nüvə silahını tətbiq etməyə hazır olduğunu göstərib.

Modern.az   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir