Modern.az

Hauptvaxt cəzası ləğv ediləcək

 Hauptvaxt cəzası ləğv ediləcək

Dünya

7 Noyabr 2015, 22:23

 

Gürcüstan ordusunda tezliklə hauptvaxt adlandırılan inzibati həbs cəzası ləğv ediləcək. Daxili hərbi nizam-intizamın pozulmasına görə bundan sonra cərimələrin tətbiqi nəzərdə tutulur. Modern.az saytı Gürcüstan mətbuatına istinaən xəbər verir ki, bu təşəbbüslə müdafiə naziri Tina Xidaşeli çıxış edib. Parlamentin Müdafiə və təhlükəsizlik komitəsində çıxışı zamanı nazir bildirib ki, müvafiq təşəbbüsü parlamentə təqdim edəcək. Nazirin təklifini belə əsaslandırıb ki, 6 ay ərzində aparılan tədqiqat hauptvaxt cəzasının effektli olmadığını üzə çıxarıb.

“Hərbi qulluqçularda hiss və gözlənti olmalıdır ki, pozuntunun ardınca ciddi cəza gələcək. Orduda heç bir inzibati həbs olmayacaq. Hauptvaxt effektli sanksiya deyil, ona görə də onun ləğvinə paralel surətdə pozuntulara görə maliyyə sanksiyaları sərtləşdiriləcək” – qeyd edib müdafiə naziri.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi