Modern.az

Antalyaya 12 min mühafizəçi cəlb edilib

 Antalyaya 12 min mühafizəçi cəlb edilib

8 Noyabr 2015, 20:15

 

Türkiyə hökuməti noyabrın 15-16-da Antalyada keçiriləcək “G-20” ölkələri liderlərinin sammiti ilə əlaqədar geniş təhlükəsizlik tədbirləri həyata keçirir. Modern.az saytı xəbər verir ki, bu mühüm tədbirlə əlaqədar Antalyaya gəlməsi nəzərdə tutulan 13 min iştirakçının təhlükəsizliyinin təmin olunması üçün 12 min polis və jandarma cəlb edilib.

Antalya valisi Muammer Türker “G-20” zirvə görüşünün Türkiyə Respublikası üçün böyük əhəmiyyət daşıyan mötəbər tədbir olduğunu bildirib. O, sammitlə əlaqədar xüsusilə hava limanında yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayıb. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir