Modern.az

Güney Azərbaycan ayağa qalxdı - FOTOLAR+VİDEO

Güney Azərbaycan ayağa qalxdı - FOTOLAR+VİDEO

9 Noyabr 2015, 20:49

İran İslam Respublikasının Güney Azərbaycan bölgəsində əksər şəhərlərin əhalisi etiraz aksiyalarına başlayıb. Modern.az saytı xəbər verir ki, noyabrın 9-da Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Sulduz və digər şəhərlərdə Azərbaycan türkləri İranın dövlət telekanalında yayımlanan bir proqramda türklərin təhqir edilməsinə etiraz səslərini ucaldıblar.

Güney Azərbaycandan olan soydaşlarımızın sosial şəbəkələrdə verdikləri məlumatlarda bildirilir ki, kütləvi aksiyalarda  "İrqçiliyə son qoyun!", "Azərbaycan milləti, çəkəmməz bu zilləti!" kimi şüarlar səsləndiriblər. Bəzi şəhərlərdə olis nümayişlərə müdaxilə edib. Ərdəbil və Təbriz şəhərlərində polislə qarşıdurma zamanı yaralananların olduğu bildirilir.

Etirazçılar dövlət televiziyasından üzr istəməsini tələb ediblər. Aksiyalar hazırda da davam edir...

Xatırladaq ki, noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan bir televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da, bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.

Uşaqlar üçün olan həmin filmdə bunlar təsvir olunub: Öz oğlu ilə oteldə qalan bir türk otel nümayəndəsinə otaqlarından pis qoxu gəldiyini şikayət edir. Hiddətlənir. Otelin nümayəndəsi də səbrlə onları dinləyir, sakitləşdirməyə çalışır və axırda məlum olur ki, pis qoxu uşağın ağzından gəlirmiş. Hətta daha da araşdıranda uşağın dişlərini tualet fırçası ilə təmizlədiyi aydın olur.

Bununla da farslar türklərin ağızlarını tualet fırçası ilə təmizləyəcək qədər axmaq olduqları, ümumiyyətlə natəmiz, vəhşi, uşaqlarına tərbiyə verməyi bacarmayan biriləri olduğunu demək istəyiblər.





A.Qorxmaz
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir