Modern.az

İŞİD lideri Misirdə öldürülüb

 İŞİD lideri Misirdə öldürülüb

9 Noyabr 2015, 20:57

 

Misirdə İŞİD liderlərindən Əşrəf Əli əl-Harabli öldürülüb.  Modern.az saytı xəbər verir ki, bu barədə Misirin Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əl-Harablini saxlayarkən ona odlu silahdan atəş açıb. Öldürülən İŞİD lideri qruplaşmanın Misir qanadının əsas fiqurlarından biri idi. Onun bu vaxta qədər Misirdəki bir sıra cinayətlərdə, həmçinin ABŞ və Xorvatiya vətəndaşlarının öldürülməsində əlinin olduğu bildrilir.

İtaliyanın Qahirədəki səfirliyində bu il baş vermiş partlayışın təşkilatçısı da əl-Harabli olub.

Uzun müddətdir Misirdə axtarışda olan qruplaşma rəhbəri Qahirədəki terrorların əsas təşkilatçısı Hişama əl-Əşmavinin sağ əli olub.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır