Modern.az

"Türk Hava Yolları” Şarm Əl-Şeyxə uçuşları dayandırıb

  "Türk Hava Yolları” Şarm Əl-Şeyxə uçuşları dayandırıb

9 Noyabr 2015, 22:24


 

“Türk Hava Yolları” aviaşirkəti Şarm Əl-Şeyx şəhərinə bütün reysləri noyabrın 16-dək  təxirə salıb. Modern.az saytı xəbər verir ki, bu barədə şirkətin saytında dərc edilmiş məlumatda bildirilir.   

Məlumatda bildirilir ki, təhlükəsizliyin təmin olunmasında yaranan problemlər uçuşların dayandırılmasına səbəb olub.  

Bundan əvvəl “Türk Hava Yolları” Şarm Əl-Şeyx şəhərinə gecə saatlarında uçuşlara məhdudiyyət qoyub. 

Qeyd edək ki, oktyabrın 31-də Misirdən qayıdan “Airbus A321”un qəzaya uğraması nəticəsində 224 nəfər ölüb. 

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?