Modern.az

Ramiz Mehdiyev: “...Parlamentə yeni təfəkkürə malik insanlar gəlir”

Ramiz Mehdiyev: “...Parlamentə yeni təfəkkürə malik insanlar gəlir”

Ölkə

7 Noyabr 2010, 18:05

Prezident Administrasiyanın rəhbəri R.Mehdiyev 29 saylı Səbail seçki dairəsinin 7 nömrəli seçki məntəqəsində səs verib. O, mətbuata verdiyi müsahibəsində deyib ki, seçkilər sabit və sakit şəraitdə keçir. Beynəlxalq müşahidəçilərin açıqlamalarında da müsbət rəyin formalaşdığını bildirən R.Mehdiyev bildirib:

“Hesab edirəm ki, vəziyyət çox yaxşıdır. Bunu təkcə mən demirəm, seçkilərin gedişini xarici müşahidəçilər, o cümlədən Avropa İttifaqının parlament nümayəndələri çox yüksək qiymətləndirirlər. Dünən də bizim onlarla görüşümüz olub. Onlar da buna çox yüksək qiymət verirlər ki, Azərbaycanda sabitlik yaranıb, seçkilərə hazırlıq işləri yüksək səviyyədə aparılıb. Bu gün də həqiqətən çox sakit, normal seçki keçirilir”.

Dördüncü çağırış Milli Məclisə seçkilərin nəticələri ilə bağlı sualı cavablandıran akademik R.Mehdiyev deyib: “Nəticələr keyfiyyətcə daha yüksək olacaqdır. Hər parlament seçkilərində biz yeni-yeni nailiyyətlər əldə edirik, parlamentə yeni təfəkkürə malik insanlar gəlirlər. Güman edirəm ki, bu dəfə də belə olacaqdır. Hər halda, namizədlərin tərkibi belə deməyə əsas verir”.



 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!