Modern.az

Belarusda Lukaşenko haqda kitab məhv edildi – FOTO

Belarusda Lukaşenko haqda kitab məhv edildi – FOTO

Dünya

10 Noyabr 2015, 15:50


Belarusda Aleksandr Lukaşenkonun idarəçilik sistemi Serbiyada Slobodan Miloşeçiviçin dövrü ilə müqayisə etdiyi “Hökmdarlığa gedən uzun yol” kitabı məhv edilib.

Modern.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, kitab bir neçə həftə əvvəl 1000 tirajla nəşr edilib. Onu Minskdəki “Polikraft” nəşriyyatı çap edib.

Kitabın məhvi ilə bağlı jurnalistlərə nəşriyyatın direktoru Fyodr Bosko məlumat verib. Onun sözlərinə görə, bu, hakimiyyətin göstərişi ilə edilib: “Bəli, kitabın bütün nüsxələri məhv edilib.

Bu proses İnformasiya Nazirliyinin göstərişi əsasında həyata keçirilib. Bizə dedilər ki, əgər bunu etməsək, nəşriyyatı bağlayacaqlar. Bir sözlə, özümüz günahkarıq, nə çap etdiyimizə baxmamışıq”.  

Bir qədər sonra nəşriyyatın direktoru kitabın məhv edilməsi ilə bağlı heç yerdən göstəriş verilmədiyini bəyan edib: “Hesab edin ki, bu nəşriyyatın öz təşəbbüsüdür”.   İnformasiya naziri Liliya Ananiç jurnalistlərə bu mövzuda telefonla şərh vermək istəmədiyini bildirib.

“Hökmdarlığa gedən uzun yol” kitabının müəllifi belaruslu politoloq, Belarus Strateji Araşdırmalar İnstitutunun ilk direktoru Bitali Silitskidir. O 2011-ci ildə vəfat edib. Onun müəllifi olduğu kitabın ölümündən sonra nəşrinin təşəbbüsçüsü ARCHE jurnalıdır.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?