Modern.az

“Moskva Azərbaycanı təkləməyə çalışır”

“Moskva Azərbaycanı təkləməyə çalışır”

10 Noyabr 2015, 17:34


Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən erməni həmkarı Edvard Nalbandyan və  Ermənistanın prezidenti Serj Sərkisyanla görüşüb. Lavrovun Yerevan səfəri son günlər regionda baş verən hadisələr fonunda maraq doğurmaya bilməz.

Çünki Rusiyanın Azərbaycanı öz yanına çəkmək istəyi, yəni Bakını da Avrasiya İttifaqında görmək həvəsi, Gürcüstanı isə Azərbaycan qazından imtina edib “Qazprom”u varlandırmaq” siyasəti hələ də gündəmdə qalmaqda davam edir.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərstun Oruclu Modern.az saytına Sergey Lavrovun Yerevan səfərini şərh edərək deyib:

“Sergey Lavrovun Ermənistan səfəri Azərbaycana təzyiq xarakteri daşıyır. Bu da təsadüfi deyil. Çünki Şəkidəki çıxışı zamanı Prezident İlham Əliyev dedi ki, Azərbaycan heç bir inteqrasiya proseslərinə qoşulmayacaq.

Bu gün Azərbaycandan inteqrasiya tələb edən təbii ki, Rusiyadır. Rusiya Avrasiya İttifaqında Azərbaycanı görmək istəyir. Görünür ki, prezidentin bu mesajı müyyən qıcıq yaratdı”.

Ekspert bildirib ki, Moskva maksimum dərəcədə Azərbaycanı təkləməyə çalışır.

“Bir tərəfdən “Qazprom” Gürcüstana daha məqbul şərtlər təklif edərək Azərbaycan qazından imtina etdirmək istəyir. Digər tərəfdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın sülhməramlı qoşunlarını yeritmək məlumatı dövriyyəyə buraxılır”.

Ərəstun Oruclu Azərbaycanın ABŞ-la genişlənən əlaqələrinə şimal qonşumuzun reaksiyasını da şərh edib:

“Rusiya Azərbaycanı öz lahiyələrinə qoşmaq məqsədi ilə hər tərəfdən sıxmağa çalışır. Digər tərəfdən Azərbaycan prezidentinin ABŞ Hərbi Dəniz Donanmasının nümayəndə heyəti ilə görüşü də Rusiyada, həmçinin İranda da qıcıq yaratdı”.

Ağa Akifoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir