Modern.az

Elçin Behbudov həbsdəki dindarlara baş çəkəcək

Elçin Behbudov həbsdəki dindarlara baş çəkəcək

Dünya

10 Noyabr 2015, 17:52

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün səhər saatlarından köməkçisi Bəhman İmanovla monitorinqlərə başlayıb. Komitə sədrinin Modern.az saytına verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin tabeliyində olan Hacıqabul, Zərdab, Beyləqan, Ağcabədi, Fizulidə, noyabrın 11-dən isə İmişli, Saatlı, Sabirabad rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərində monitorinqlər keçirəcəklər:

“Məqsəd qış mövsümü ilə əlaqədar saxlanan şəxslərin, məhbusların vəziyyətinin öyrənilməsi, istilik sistemi, dərman preparatları ilə təmin olunmaları, təqsirləndirilənlərin qidalanması, ən əsas da nəzarətçilər tərəfindən onlara qarşı münasibət necəliyidir”.

Komitə sədri deyib ki, Bakıya qayıtdıqdan sonra noyabrın 12-si, yaxud 13-də Daxili İşlər Nazirliyinin inzibati saxlanma yerinə gedəcək: “Orada həbs olunan dindarlarla görüşəcəyəm, vəziyyətləri və onlara qarşı münasibətlə maraqlanacağam”.

“Müsəlman birliyi hərəkatı”nın sədr müavini Elçin Qasımlı noyabrın 5-də Bakı məscidlərinin birində namaz qılandan sonra polis əməkdaşları tərəfindən saxlanıb. Bundan hiddətlənən islamçılar və “Müsəlman birliyi hərəkatı”nın fəal üzvlərinin bir qrupu Elçin Qasımlının saxlandığı Sabunçu rayon polis idarəsinin binasını əhatəyə alıblar. Onlar Elçin Qasımlının dərhal azad olunmasını tələb edib. Amma dindarların bu aksiyasını polis dağıdıb. Məlumata görə, bir neçə nəfər də saxlanılıb.

Gülşən RAUFQIZI  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi