Modern.az

Aspirant mühafizəçini nizə ilə vurdu

Aspirant mühafizəçini nizə ilə vurdu

11 Noyabr 2015, 12:17



Moskva Dövlət Universitetinin 24 yaşlı aspirantı tələbə şəhərciyinin mühafizəçisini metal dəyənəyə bağlanan metal bıçaqla vurub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva polisi universitetin mexanika-riyaziyyat fakültəsinin aspirantının 62 yaşlı mühafizəçi qadına nizə ilə bir neçə zərbə endirdiyini bildirib.

Ağır kəllə-beyin travması və kəsici-deşici xəsarətlər alan mühafizəçi xəstəxanaya yerləşdirilib. Özünü qeyri-adekvat aparan aspirant isə Moskvadakı psixiastrik xəstəxanalardan birinə yerləşdirilib.    

Vüqar İsmayılov
   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir