Modern.az

Parisdə növbəti “casus”qalmaqalı

 Parisdə növbəti “casus”qalmaqalı

Dünya

11 Noyabr 2015, 21:26

 

Parisdə növbəti “casus”qalmaqalı yaşanır. Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı “Le Monde” qəzeti yayıb. Məlumata əsasən, Almaniya xüsusi xidmət orqanları Fransa xarici işlər naziri Loran Fabius və prezident administrasiyasının yüksək vəzifəli şəxslərinin telefon danışıqlarını dinləyib.

“Əgər doğrudan da belədirsə, bu çox təəssüfedici haldır. Biz bu məsələni Almaniya nümayəndələri ilə müzakirə edəcəyik”, deyə L.Fabius bildirib. 

Qeyd edək ki, bu ilin iyununda ABŞ Milli Təhlükəsizliyi Agentliyi tərəfindən 2006-2012-ci illərdə Fransa prezidentləri Jak Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefonlarının dinlənilməsi  məlum olmuşdu.

Modern.az

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır