Modern.az

FİFA prezidentliyinə 5 nəfərin namizədliyi təsdiqləndi

FİFA prezidentliyinə 5 nəfərin namizədliyi təsdiqləndi

Dünya

12 Noyabr 2015, 13:18


Beynəlxalq Futbol Federasiyasının (FİFA) seçki komissiyası təşkilatın prezidentliyinə 5 nəfərin namizədliyini təsdiqləyib. Modern.az-ın federasiyanın saytına istinadən verdiyi xəbərə görə, bunlar Avropa Futbol Assosiasiyasının (UEFA) baş katibi Canni İnfantino, FİFA-nın vitse-prezidenti, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Cənubi Afrika Respublikasının keçmiş tikinti naziri və Nelson Mandelanın silahdaşı Tokio Seksvale, FİFA-nın keçmiş baş katibinin keçmiş müavini fransalı Jerom Şampan və Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman bin Ubrahim əl-Həlifədir.

Liberiya Futbol Assosiasiyasının rəhbəri Musa Biliti də namizədliyini irəli sürsə də, seçkilərə buraxılmayıb. FİFA-da bunun səbəbinin açıqlanmayacağı bildirilib.

UEFA prezidenti Mişel Platini də seçkilərdə iştirakla bağlı ərizə ilə müraciət etmişdi. Ancaq FİFA-nın etika üzrə komitəsi oktyabrın əvvəlində onu korrupsiya işi üzrə araşdırma aparıldığına görə futbol fəaliyyətindən 90 gün uzaqlaşdırıb. Bu müddət daha 45 gün də uzadıla bilər.

FİFA-ya prezident seçkiləri 2016-cı il fevralın 26-da keçiriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü