Modern.az

İkibaşlı uşaq doğuldu

İkibaşlı uşaq doğuldu

13 Noyabr 2015, 14:44


Banqladeşin Brahmanbaria şəhərində yenicə doğulan uşaq görənləri heyrətə gətirib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bir bədəndə iki başı və boynu olan qız uşağı noyabrın 11-də dünyaya gəlib.

Doğulan körpənin tənəffüsündə problemlər olduğu üçün hazırda reanimasiyada həkim nəzarətindədir. İkibaşlı uşağın normal vəziyyətə gətirilməsini isə həkimlər mümkün hesab etmirlər.

Vüsalə Qəzənfərqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?