Modern.az

Fransa polisi Parisdə həlak olanların sayını açıqladı: 127 ölü, 180 yaralı

Fransa polisi Parisdə həlak olanların sayını açıqladı: 127 ölü, 180 yaralı

Dünya

14 Noyabr 2015, 13:08

Fransanın “AFR” (Frans Press) agentliyi Parisdə baş verən terror aktında ölən və yaralananların dəqiq sayını açıqlayıb. Modern.az agentliyə agentliyə istinadən xəbər verir ki, Fransa polisi 127 nəfərin həlak olduğunu, 180 nəfərin isə xəsarət aldığını məlumat verib. Yaralılardan 80-nin vəziyyəti kritikdir. Bunu nəzərə alaraq, agentlik həlak olanların sayının artacağını istisna etmir.

“CNN” telekanalı bundan öncə, teror aktlarında 153 nəfərin ölümü, 200 nəfərin isə xəsarət alması barədə məlumat yaymışdı.


Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı