Modern.az

YAP-ın 35 vahid namizədi seçkiləri uduzub...

YAP-ın 35 vahid namizədi seçkiləri uduzub...

Ölkə

9 Noyabr 2010, 11:07

Hakim partiya paytaxtın mərkəzində də məğlub olub


Milli Məclisə seçkilərdə vahid partiya siyahısı ilə qatılan Yeni Azərbaycan Partiyası 35 seçki dairəsində seçkil’ri uduzub. Modern.az MSK-nın rəsmi məlumatlarına istinadən bildirir ki, ölkə üzrə 35 seçki dairəsində YAP-ın vahid namizədləri məğlub olub. Modern.az bu dairələri sizin nəzərinizə çadırırır.

YAP-ın 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə irəli sürdüyü İqtisad Unversitetinin dosenti Zakir Mirzəyev bitərəf namizəd Rəfael Cəbrayılova məğlub olub.

15 saylı Yasamal birinci seçi dairəsindən olan vahid namizəd, İctimai-Siyasi Unversitetin rektoru Rasim Nəbiyev “Lider TV”-nin aparıcısı Etibar Hüseynova uduzub.

17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə qələbə badəsini bitərəf Ülvi Quliyev içib. YAP-ın bu dairədən vahid namizədi Samirə Quliyevaya rəqibini təbrik etməkdən başqa bir şansı qalmayıb.

18 saylı Nərimanov-Nizami seçki dairəsindən YAP özünün vahid namizədi olan Bakı Əyirici-Toxucu ASC-nin sədri Səkinə Babayevanın şanslı saysa da, proqnozları düz çıxmayıb. Bu dairədə deputat mandatı tanınmış politoloq Rasim Müsabəyova qismət olub.

 YAP-ın vahid namizədi  21 saylı Nəsimi birinci seçki dairəsi üzrə də məğlub olub. 152 saylı məktəbin direktoru Gülarə Verdiyeva İnsan Haqları İnstitutunun direktoru mərhum Rövşən Mustafayevin həyat yoldaşı Aytən Mustafayevaya uduzub.

22 saylı Nəsimi seçki dairəsindən isə YAP-ın vahid namizədi olan Bakı Tikiş Evinin direktoru Fidail Rəhimov məğlub olub. 

23 saylı Nəsimi–Səbail seçki dairəsi üzrə hakim partiyanın vahid namizədi olan ADNA-nın müəllimi Zəfər Qurbanov tanınmış iqtisadçı Ziyad Səmədzadəyə məğlub olub.

26 saylı Sabunçu birinci seçki dairəsində isə YAP-ın qələbəsini Fazil Mustafa əlindən alıb. YAP-ın namizədi bu dairə üzrə orta məktəb direktoru Elnarə Tağıyeva olub.

28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə vahid namizəd olan Hüseynqulu Ələsgərov da məğlub olub.

YAP şəhərin mərkəzində də mövqeyini qoruya bilməyib.

29 saylı Səbail seçki dairəsi üzrə hakim partiya “İçərişəhər” tikinti və Bərpa MMC-nin direktoru Rəşid Hüseynovun namizədliyini irəli sürsə də, qələbə bitərəf Fuad Muradov qazanıb.

YAP-ın 35 saylı Xətai üçüncü seçki dairəsindən irəli sürdüyü Əhmədli bələdiyyəsinin üzvü Elvin Qədirov partiyanı şad edə bilməyib.

Gəncədə də hakim partiyanın məğlub olduğu dairə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi olub. Burada YAP-ın vahid namizədi Şahin Məmmədov olub.

YAP vahid namizədləri 44 saylı Sumqayıt-Abşeron seçki dairəsində, 45 saylı Abşeron seçki dairəsində, 46 saylı Şirvan, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində də məğlub olub. 

Hakim partiya Cənub bölgəsi üzrə 4 seçki dairəsində də uğur qazana bilməyib.

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində Göytəpə bələdiyyəsinin sədri İlqar Həsənov hakim partiyanın ümidlərini doğrultmayıb.

71 saylı Masallı kənd seçki dairəsində. 72 saylı Yardımlı-Masallı və 73 saylı Lənkəran şəhər seçki dairəsində də YAP məğlub olub.

Azərbaycanın Mil bölgəsinin 80 saylı İmişli-Beyləqan, 83 saylı Ağcabədi-Fizuli seçki dairələrində də YAP-ın vahid namizədi məğlubiyyətə uğrayıb.

Hakim partiya 85 saylı Şamaxı, 86 saylı İsmayıllı, 88 saylı Göyçay, 90 saylı Ağdaş, 92 saylı Zərdab-Ucar, 94 saylı Bərdə kənd, 95 saylı Tərtər, 101 saylı Göygöl-Daşkəsən, 106 saylı Tovuz-Qazax-Ağstafa, 111 saylı Zaqatala-Balakən, 114 saylı Şəki kənd, 115 saylı Şəki kənd ikinci, 118 saylı Ağdam şəhər seçki dairələrində də rəqiblərinə məğlub olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü