Modern.az

Gədəbəyin adı dəyişdiriləcək?

Gədəbəyin adı dəyişdiriləcək?

Ölkə

10 Noyabr 2010, 13:13

Bölgənin deputatları buna qarşı çıxırlar

Dördüncü cağırış Mili Məclis dövründə Azərbaycanda daha bir neçə rayonunun adının dəyişdirilməsi məsələsinin müzakirəyə çaxarılacağı barədə məlumatlar var. Bu barədə Modern.az saytına Milli Məclis yanında Toponimiya Komissiyasından məlumat verilib. Həmin rayonlar sırasında Gədəbəyin də adı çəkilir.

Adı çəkilən bölgənin hazırki deputatlarının məsələyə münasibəti necədir?

Deputat Nazim Məmmədov deyib ki, Gədəbəyin adının dəyişdirilməsinə qarşıdır: “Bəziləri bu adın mənasını bilmirlər. Gədəbəy çox səviyyəli addır. Sadəcə, bundan səthi məlumatı olanlar rayonun adının dəyişdirliməsi təklifini irəli sürə bilərlər. Gədəbəy tarixi, milli, mənəvi, mədəni baxımdan dəyərli bir məkandır və ad da ona tam ekvivalentdir”.

Digər gədəbəyli deputat Rafiq Məmmədhəsənov isə bildirib ki, belə təklif irəli sürənlər ciddi səhvə yol verirlər: “”Gədə” sözü ayrı mənanı veriri, “gəda” ayrı. Bunları qarışdırmaq olmaz. “Gədə” cavanlara deyirlər. Ona görə də bunun fərqində olmaq lazımdır. Gədəbəy adının özü bir tarixdir. Buna toxunmaq olmaz. Bir çoxları Gədəbəyin Dədəbəy  olmasını təklif edir. Bu da yanlış fikirdir. Seçicilərimin adından deyirəm ki, buna yol vermək olmaz”.

 Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür