Modern.az

“Papaya güllə atan Ağcadan şok etiraf: “İhoan Paveli öldürməyi Vatikan təşkil etmişdi”

“Papaya güllə atan Ağcadan şok etiraf: “İhoan Paveli öldürməyi Vatikan təşkil etmişdi”

10 Noyabr 2010, 14:05

“Roma Papa İohann Pavelin qətlini Vatikan administrasiyası sifariş edib”. Bu sensasiyalı məlumatı 1981-ci ildə Müqəddəs Pyotr meydanında Poma Papasına güllə ataraq yaralamış Əli Ağca TRT-yə müsahibəsində deyib. Onun sözlərinə görə,  əslində Papaya qarşı süi-qəsdin arxasında Vatrikan durub və sui-qəsdi onlar təşkil ediblər.
“Papanı öldürmək əmrini Vatikanın dövlət katibi kardinal Aqostino Kazaroli vermişdi”-deyə Ağca bildirib.

Məhəmməd Əli Ağca bu ilin yanvarında həbsxanadan çıxıb. Hazırda o, həmin qalmaqallı hadisə ilə bağlı  kitab üzərində işləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü