Modern.az

MSK: "Seçki şikayətlərinə baxma vaxtı artıq ötüb"

MSK: "Seçki şikayətlərinə baxma vaxtı artıq ötüb"

11 Noyabr 2010, 11:10

Mərkəzi Seçki Komissiyasında (MSK) parlament seçkilərinin nəticələrindən narazı qalan müraciətlər araşdırılır. Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib. Onun sözlərinə görə,  daxil olan müraciətlərə noyabrın 27-nə qədər baxılacaq və bundan sonra MSK yekun protokolu imzalayaraq Konstitutsiya Məhkəməsinə göndərəcək.

A.Sarıyevin sözlərinə görə, bu günə qədər aparılan araşdrmalar nəticəsində cinayət tərkibi olan nəticələr aşkar edilməyib. “Araşdırmalar davam edir. Əgər hər hansı cinayət tərkibli bir şikayət ortaya çıxsa, o zaman MSK bu müraciəti Baş Prokurorluğa göndərəcək”-deyən A.Sarıyevin sözlərinə görə, bütün araşdırmalar MSK-nın KİV və beynəlxalq müşahidəçilər üçün açıq keçirilən iclasında baxılacaq.
Bundan əlavə, MSK-ya daxil olan seçkilərin nəticələrindən narazılıq əks etdirən müraciətlərin sayı da çox azdır. Siyasi partiyalar, keçmiş namizədlər seçkilərin nəticələri ilə bağlı MSK-ya artıq müraciət etsələr də, onlara baxılmayacaq, Çünki bunun üçün müəyyən edilmiş vaxt artıq ötürülüb.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı