Modern.az

Ermənilər öz dinlərindən üz çevirirlər: İrəvanda dini sektalar tüğyan edir...

Ermənilər öz dinlərindən üz çevirirlər: İrəvanda dini sektalar tüğyan edir...

11 Noyabr 2010, 12:12

Ermənistanda qeyri-ənənəvi təriqətlər sürətlə artır. Bu barədə “İrəvan-Moskva-Tiflis-Kiyev” vide-körpüsündə “Destruktiv sektaların qurbanlarına kömək mərkəz”inin rəhbəri Aleksandr Amaryan bildirib. Modern.az panarmenian-a istinadən bildirir ki, onun sözlərinə görə,  ölkənin 100 mindən yuxarı vətəndaşı bu və ya digər təriqətin üzvləridir.
“90-cı illərdən başlayaraq Ermənistanda erməni Apostol kilsəsindən fərqlənən 350  sturukturlaşmış təriqətlər fəaliyyət göstərir”-deyə Amaryan qeyd edib ki, buna qarşı müqavmət göstərmək üçün heç bir mərkəz yoxdur.

“İrəvanın kitab dükanlarında böyük sayda təriqətlərə bağlı kitablar satılır. 600 il ərzində öz dinlərini saxlaya bilmiş ermənilər son 20 ildə dini inamlarını könüllü sürətdə dəyişməyə başlayıblar”-deyə o, vurğulayıb. Amaryan bildirib ki, təriqətlərə mübarizə aparmaq üçün Ermənistanda mütəxəssis və ekspert qıtlığı var.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir