Modern.az

Nar Mobile-dan abunəçilərinə yeni xəbər

Nar Mobile-dan abunəçilərinə yeni xəbər

Mədəni̇yyət

11 Noyabr 2010, 17:38

İndi Nar Mobile abunəçiləri Nar 3G+ xidməti çərçivəsində 3G+ USB modem vasitəsiylə yüksək sürətli İnternetdən yararlanmaq, Mobil TV  xidməti ilətelefonda televiziya verilişlərini canlı şəkildə izləmək və Video Zəng ilə görüntülü zənglər etmək imkanlarını əldə etdilər.

Nar Mobile abunəçiləri 3G+ USB modemin vasitəsi ilə Azərbaycan ərazisində 3G+ əhatə dairəsinə daxil olan bölgələrdə 3.6 Mb/s. qədər sürətlə İnternetdən yararlana biləcəklər. Nar 3G+⁺ xidmətindən istifadə etmək istəyən hər kəs cəmi 39 AZN-ə Nar 3G+ Modemi,  DATA SIM Kartını və Nar Turbo-3 paketini (60 Mb trafik) birlikdə əldə edəcək. Üstəlik, abunəçilər 1 il ərzində Nar 3G+ Modemdən yararlanmaq üçün hər hansı Nar Turbo paketini aldıqda eynisini Nar Mobile-dan hədiyyə alacaq.

Bundan əlavə, Nar Mobile abunəçiləri Mobil TV xidməti vasitəsi ilə mobil telefonlarında idman oyunlarını, maraqlı verilişləri və sevimli televiziya seriallarını izləyə biləcəklər. 31 dekabr 2010 il tarixinədək bu xidmətdən istifadə üçün heç bir ödəniş tələb olunmur, o bütün Nar Mobile istifadəçiləri üçün pulsuzdur. Mobil TV xidməti vasitəsi ilə Az TV (Azərbaycan), ANS TV (Azərbaycan), Azad Azərbaycan (Azərbaycan), İctimai TV (Azərbaycan), Show TV (Türkiyə), ATV (Türkiyə), Kral TV (Türkiyə), Lig TV (Türkiyə), TNT (Rusiya) kimi kanalları mobil telefonda canlı rejimdə izləmək mümkündür.  

Nar 3G+⁺ xidməti çarçivəsində abunəçilər  Video Zəng etmək imkanından istifadə edə bilərlər. Bu xidmət vasitəsi ilə Nar Mobile abunəçiləri 31 dekabr 2010-cu il tarixinədək adi zəng qiymətinə eyni zamanda bir birini eşitmək və canlı şəkildə görmək imkanını əldə edir. Xidmət bütün Nar Mobile abunəçiləri üçün avtomatik olaraq aktivləşdirilmişdir. Video Zəng etmək üçün istifadəçinin mobil telefonu 3G+ şəbəkəsini dəstəkləməlidir.

Nar 3G+ xidməti haqqında ətraflı məlumat almaq üçün www.NarMobile.az İnternet səhifəsinə daxil olmaq kifayətdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi