Modern.az

Konstruktiv müxalifətdən şok açıqlamalar: bir neçə dairədə nəticələr ləğv ediləcək

Konstruktiv müxalifətdən şok açıqlamalar: bir neçə dairədə nəticələr ləğv ediləcək

11 Noyabr 2010, 19:08

YAP qərargahına yığışan siyasi partiya rəhbərləri ATƏT-i hədələdilər, radikal müxalifəti ələ saldılar  


Bu gün YAP-ın qərargahında Milli Məclisə seçkilərdə mandat qazanmış siyasi partiyaların rəhbərləri mətbuat konfransı keçirib. Tədbirdə YAP icra katibi Əli Əhmədov, VHP sədri Sabir Rüstəmxanlı, BAXCP sədri Qüdrət Hsənəquliyev, BQP sədri Fazil Mustafa, Ədalət Partiyasından Elxan Şükürlü, AVP sədri Fəzail Ağamalı, ASRP sədri Xanhüseyn Kazımlı və DİP sədri Asim Mollazadə qatılıb. Məclisi açan Əli Əhmədov bildirib ki, novbət parlament seçkiləri demokratik ədalətli və şəffaf keçirilib, xalqın iradəsini ifadə edib. İcra katibi qeyd edib ki, toplantının məqsədi siyasi partiyaların seçkilərə, seçki mühitinə münasibətini bildirməsi ilə bağlıdır.    

Toplantıda iştirak edən siyasi partiyaların rəhbərləri bir sıra maraqlı açıqlamalarla çıxış ediblər.   BAXCP sədri Qüdrət Həsənquliyev bildirib ki, seçkinin nəticələrinin tanınmaması üçün heç bir əsas yoxdur.  Müxalifəti Azərbaycanın düşmənləri ilə əlaqadə ittiham edən Q.Həsənquliyev deyib ki, düşmənlərlə saziş imzalayıb sonradan xalqdan səs istəmək absurddur. Bununla yanaşı, BAXCP seçki nöqsanları ilə bağlı beynəlxaq rəylərdə əks olunmuş fikirləri dəstəkləyir.  

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da müxalifətin ünvanına  tənqidlər yağdırıb və bildirib ki, AXCP-Müsavat blokunun baxışlar sistemi 90-cı illərdə ilişib qalıb. AVP sədri seçkilərin demokratik və standartlara uyğun keçirildiyini vurğulayıb.  Onun sözlərinə görə, bir sıra məntəqələrdə və dairələrdə seçki pozuntusuna yol verilib və buna hüquqi qiymət veriləcək.  

Bu ilki seçkilərdən sonra “ana müxalifət” partiyasına çevrilən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının çıxışı bir sıra maraqlı məqamları ilə diqqəti çəkib. VHP sədri bildirib ki, son dərcə mürəkkəb bir şəraitdə seçkilər aparılıb. Buna görə də dünyanın gözlədiyi standartı burada gözləmək çətindir.  
“Müxtəlif qüvvələr var ki, onlar seçkilərə həmişə kölgə salacaqlar. ATƏT 18 ildur ki, Qarabağ məsələsində son dərəcə qeyri-obyektiv  mövqe nümayiş elətdirir,  sonra gəlib bizdən ideal, ədalətli seçki tələb edir. Mən də tələb edirəm: Sən bizə münasibətdə hansı ədaləti göstərirsən ki, bu ədaləti tələb edirsən. Seçki bizim daxili işimizdir. Biz seçkiləri xarici müşhidəçilər üçün etmirik”.
S.Rüstəmxanlının sözlərinə görə, demokratik seçki  onun  idealı olsa da, ölkədə hələ tam istənilən obyektiv seçki keçirmək son dərəcə çətindir. Daha sonra seçki pozuntuları ilə bağlı danışan S. Rüstəmxanlı qeyd edib ki, müəyyən problemlər olub:
“Bəzi məntqələrdə gecə protokolu doldurarkən komissiya üzvləri yuxulu olub rəqəmləri səhv salıb. Əvvəlki rəqmlərlə sonrakı rəqmlər düz gəlmir. Bu protokol ləğv edilməlidir. Ola bilsin bəzi dairələr ləğv olunacaq. Amma bunlar ümümi nəticəyə təsir göstərəcək səviyydə deyil. Bu seçkilər tanınmamaq milyonlarla seçkiyə gedən insanlara sayğısızlıqdır. Hansı dairədə pozuntu olubsa o dairənin mübahisəsi gedə bilər”.  

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazdə deyib ki, seçkiləri tam ideal seçki kimi qiymətləndirmək olmaz.
“Müəyyən nöqsanlar var. Bir sıra dairə və məntəqələrdə pozuntular olub. Bunlar araşdırılmalıdır”-deyən DİP sədri qeyd edib ki, seçki sistemlərinin təkmişlləşdirlməsi üçün ciddi işlər aparılmalıdır. A.Mollazadə bildirib ki, məğlub olan siyasətçi bunu qəbul etməlidir.  

Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı seçkiləri “daha səviyyəli və ürəkaçan” adlandırıb.  

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa müxalifəti siyasi səbatsızlıda ittiham edib. Onun sözlərinə görə, seçkilərə son rəyi Konstitutsiya Məhkəməsi verir. Odur ki, müxalifət partiyalarının onun tanınmaması ilə bağlı ifadəsi düzgün deyil.  

Ədalət Partiyası da seçkilərin nəticələrindən razı qalıb. Partiya sədrinin müavini Elxan Şükürlü bildirib ki, müxalifət məğlub olub. “Mən namizəd olduğum dairədə müxalifətin namzədinə təklif etdik ki, pozuntularla bağlı tutarlı faktlarınız varsa, ortaya qoyun. Onlar bunu edə bilmədilər”-deyə o, vurğulayıb.

Daha sonra Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Qurtuluş, Vətəndaş Birliyi, Ədalət və Sosial Rifah partiyaları adından imzalanan bəyanatda 7 noyabr parlament seçkisinin azad, demokratik, şəffaf və ədalətli şəraitdə keçirildiyi, Azərbaycan xalqının iradəsini aydın və dəqiq şəkildə ifadə etdiyi vurğulanır.

Bəyanatda bildirilir ki, 7 noyabr seçkisi demokratiya istiqamətində irəliyə doğru mühüm addım olub.

Mail Ağaxanov      
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı