Modern.az

Yaxın Şərqdə 101 fələstinli və 19 yəhudi həlak olub

Yaxın Şərqdə 101 fələstinli və 19 yəhudi həlak olub

27 Noyabr 2015, 11:32

Oktyabrın 1-dən başlayaraq Yaxın Şərqdə yaşanan gərginlik 101 fələstinli və 19 yəhudinin ölümü ilə nəticələnib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu insident bu gün səhər saatlarında İordan çayının qərb sahilindəki Kfar-Adumim şəhərində baş verib.

21 yaşlı fələstinli gənc maşınla 2 İsrail hərbçisini vursa da, cavab atəşi ilə öldürülüb. Xəsarət alan yəhudi hərbçilər isə xəstəxanaya yerləşdirilib.

Fələstin-İsrail gərginliyinin yeni dalğası oktybarın 1-də Qüdsün Əl-Əqsa məscidində namaz qılmaq istəyən ərəblərin əraziyə buraxılmamasından sonra başlayıb. 

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir