Modern.az

“Bəxtimizi” nə qədər sınamaq olar?

“Bəxtimizi” nə qədər sınamaq olar?

12 Noyabr 2010, 17:19

Azərbaycanda loteoeya oyunlarına həftədə 1 milyondan çox bilet buraxılsa da, uduşlar çox azdır


“Sportloto-82” filmini xatırlayırsınızmı? Onun qəhrəmanı qatarda lotoreya biletinin bütün rəqəmlərini ardıcıllıqla qaralayır və... qalib gəlir. Ondan sonra bu “xoşbəxt” bilet uğrunda filmin qəhrəmanları arasında məzəli əhvalatlara dolu mübarizə başlayır...
Birdən-birə varlanmaq həvəsi insanda həmişə olub və bu baxımdan lotoreya bileti hər bir kəs üçün “sim-sim” sirrinin daşıyıcısı olub. Dünya ölkələrində keçirlən lotoreya oyunlarında ağlasığmaz məbləğlər udulur. Bizdə uduş məbləği böyük rəqəmlərlə ölçülməsə də hər halda lotoreya həvəskarları az deyil...

Azərbaycanda müxtəlif adlarda  lotoreya oyunları kecirilir. Həftənin bəlli günləri varlanmaq arzusuyla lotoreya bileti alan yüzlərlə, minlərlə insan, aldıqları biletləri əllərinə alıb, televiziya qarşısında əyləşirlər. Bilet alanların yalnız bir istəyi var, təbii ki, o da aldıqları biletə yüksək məbləğli uduşların düşməsidir.

Azərbaycanda lotoreya oyunları 90-cı illərin ortalarından vüsət götürüb. O zaman bir sıra özəl şirkətlər belə oyunlar keçirirdilər. “Şeş Qoşa”, “Bəxt oyunu” “Səadət təkəri” və s. bu kimi lotoreya oyunları keçirən özəl şirkətlərin dövranı uzun sürmədi. 2000-ci illərin əvvələrində dövlət bu sahəyə əl qoydu.

2001-ci ildə prezidentin müvafiq fərmanından sonra lotoreya bazarında dövlət “söz yiyəsi” olub.

Hazırda  Azərbaycanda kecirilən lotoreya oyunları “Azərbaycan Respublikasında lotoreya fəaliyyətinin təkmilləşdirilməsi haqqında ”qanunla nizamlanır. Prezidentin 599 nömrəli fərmanına əsasən “Azərlotoreya ” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. “Azərlotoreya ” ASC Azərbaycan Respublikasında kecirilən bütün növ (stimullaşdırıcı lotoryalar istisna olmaqla-red.) lotoreya oyunlarına cavabdehdir. Hazırda ölkədə oynanılan lotoreyaların hamısı bu Səhmdar Cəmiyyətinə məxsusdur.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Modern.az –a verilən məlumata görə, “Azərlotoriya” ASC tərəfindən  7  müxtəlif adda - “Yeni binqo”, “Ailə sevinci”, “Piramida”, “Avto- şou”, “5/36 ”, “Taleh açarı” tirajlı lotoreyaları və “Şans ” ani lotoriyası həyata keçirilir.

Hər həftə 1 milyondan çox bilet xoşbəxt sahibinin yolunu gözləyir. Belə ki, satışa hər tirajlı lotoreya üçün orta hesabla hazırda 150.000 bilet buraxılır. Nazirlikdən deyiblər ki, satışa buraxılan biletlərin 20%- satılmayaraq geri qayıdır. Əsas bilet alanlar rayonlarda yaşayanlardır. İqtisadi İnkişaf Nazirliyindən bidiriblər ki, regionlarda biletlərin satışı ümumi satışın 70 %- ni təşkil edir. 

Lakin bu “təmiz rəqəmlərə” rəğmən qurumun fəaliyyəti o qədər də etimad doğurmur. Bir sıra ekspertlər hesab edirlər ki, “Azərlotoreya”da uduşa yönəldilən məbləğin miqdarı bəlli olmur, qurum fəaliyyətində şəffaf deyil.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, “Azərlotoreya“nın təşkil etdiyi lotoreya oyunlarının kecirilməsində bir sıra nöqsanlar  mövcuddur.

“Biz güman edirdik ki,  “Azərlotorya” yarananda istehlakcıların aldadılması halları azalacaq. Təəssüf ki, “Azərlotoriya” istehlakcıların rəğbətini qazana bilmədi”-deyən Eyyub Hüseynovun sozlərinə görə tiraj komisiyasının da təşkilində ciddi problemlər var və tiraj komissiyasında təsadüfü adamlar yığılır. Qurum rəhbəri həmçinin vurğulayıb ki, lotorya oyunlarının kecirilməsində vaxtla bağlı da müəyyən problemlər var. Belə ki, biletin üzərində oyunun başlanma saatı 19:00 göstərilsə də, əksər hallarda həmin saatda veriliş göstərilir. Televiziya qarşısında əyləşən tamaşacıların bu şəkildə də huquqları pozulur.

Eyyub Hüseynov eyni zamanda bildirib ki,  “Azərlotorya” bəlli olmayan səbəblərə görə Azad İstehlakcılar Birliyindən çəkinir, öz işləri ilə qurumu  tanış etmir.

Əvvəllər şəhərin demək olar ki, hər bir kücəsində əllərində lotoreya biletləri olan  satıcılara rast gəlmək mümkün idi. Səyyar küçə ticarətinin qadağan edilməsi nəticəsində bilet satanların sayı xeyli azalıb. Mövzu ilə bağlı küçədə bilet satan satıcılardan bir sıra məlumatlar almağa çalışdıq. Maraqlıdır, gün ərzində nə qədər bilet satılır, satılan biletlərə iri məbləğli uduşlar düşürmü?

Həmid adlı satıcı bildirib ki, gün ərzində 150-200 bilet satdığı vaxtlar olub. İri məbləğli uduşlara gəlincə Həmid 250, 300- 400 manatlıq uduşların olduğunu deyib. “Axırıncı dəfə keçən həftə 250 manat vermişəm”.

Adının çəkilməsini istəməyən digər satıcı satışın zəifliyindən şikayət edib. Onun sözlərinə görə, o qədər də çox bilet satmır. Gün ərzində cəmi 20-30 bilet. “Əvvəllər cox satırdıq, indi billetlərin küçələrdə səyyar satışını qadağan ediblər”-deyən bu satıcı “Azərloteriya”nın elanları bərkidilmış stollarını onlara vermədiklərini deyib.

Digər söhbət etdiyimiz İslam adlı satıcıda biletlərin zəif satıldığından şikayətlənib. İslam dayı gün ərzində hardasa 20-30 bilet satdığını bildirib. Onun sözlərinə görə biletlərdə uduşlar o qədər də cox olmur.
“Elə olub ki, 100 bilet satmışam 1 manat da olsun uduş düşməyib. Hətta keçən həftə düz  400 bilet satdım, inanırsız ki, hec 1 manat uduş düşmədi. Lotoreyalar avam kütləni aldadan bir oyundur”-deyə İslam dayı vurğulayır.

İslam dayı bildirib ki, hətta bəzi lotoreyaları insanlara zorla sırıyırlar. Məsələn, “Tale açarı” lotoreyası “Akkord” şirkətində işləyən işçilərə maaşlarının qarşılığında zorla verilir.

“İnsanlar da neyləsin, məcburdurlar almağa....”-deyə şikayətlənən İslam dayı qeyd edib ki, dünyanın hec bir ölkəsində lotoreya oyunları belə keçirilmir, müəyyən qaydalarla təmzimlənir. “Bizdə isə insanların ciblərini soymaqdan başqa bir şey deyil”.

“Azərlotereya” yalnız stimullaşdırıcı oyunları “azad” buraxıb. Lotoreya oyunlarının bir növü olan ani lotoreyalar da bütün dünyada olduğu kimi, Azərbaycanda da geniş istifadə olunur. Amma bizdə onun “Azərbaycan variantı” var.
Məlum olduğu kimi, avtomobil satan mağazalarda, yanacaqdoldurma mətqələrində iri uduşlu oyunlar kecirildiyi barədə xəbərlər tez-tez verilir.

Eyyub Hüseynovun sözlərinə görə, “ani lotoreya” təşkilatçıları  istehlakcıları ciddi şəkildə aldadırlar. Bundan vətəndaşların heç xəbəri belə olmur. Bu sahədə son 2 ildə monitorinq aparılmadığını deyən E.Hüseynov əvvəlki ilərdəki təcrübələrinə əsasən bilbirib ki, burada da vəziyyət ürəkaçan deyil. AİB sədrinin sözlərinə görə, ani lotoriyalarda insanları aldatma  halları daha coxdur. “Ani lotoryaları buraxan şirkətə uduşlu biletlər əvvəlcədən məlumdur. Və təbii ki, şirkət sahibi bir necə yüz min manat dəyəri olan biletləri satışa buraxmır”-deyə o qeyd edir.

E. Hüseynovun sözlərinə görə, əvvəllər lotoreya oyunları təşkil edən şirkətlərdə uduş fondunun, lotoreya kuponlarının gizlədilməsi kimi catışmayan  hallar movcud olub. Azad İstehlakcılar Birliyi bu faktları aşkara cıxararaq çox sayda sirkətin bağlanmasına nail olub.

Lotoreya oyunları riyazi əmsallara əsaslanaraq söykənən bir biznesdir. Ümumilikdə dünyada istehlakciları aldadan cox ciddi sistemlərdən biridir. İstehlakcı illər boyu onu analiz  etsə, sirrini tapa bilməz.

Sədaqət Süleymanova  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər