Modern.az

Ərdoğanla Putinin görüşəcəyinə dair yeni məlumat yayıldı

Ərdoğanla Putinin görüşəcəyinə dair yeni məlumat yayıldı

27 Noyabr 2015, 14:39


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin Parisdə keçiriləcək İqlim Dəyişikliyi Sammitində görüşə bilərlər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barəd Türkiyə prezidentinə yaxın mənbələr məlumat verib.   Bununla belə, mənbələr görüşün vaxtını dəqiq bilinmədiyini bildiriblər.  

Ötən gün də prezidentlərin görüşünə dair məlumatlar yayılsa da, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu təkzib etmişdiş  

Qeyd edək ki, Türkiyə sərhədini pozan Rusiyanın Su-24 təyyarəsi vurulandan sonra hər iki ölkə arasında vəziyyət gərginləşib.  

Rusiya prezidenti Putin hadisə ilə əlaqədar Türkiyədən üzr istəməsini və təyyarənin pulunu istəyib.  Ərdoğan isə bundan imtina edib.

Aytən ZƏHRA        
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi